Əsas məzmuna keç

ŞOYQU BELARUSUN MÜDAFİƏ NAZİRİ İLƏ DANIŞIQLARA GƏLİB

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Minskə gəlib və burada belaruslu həmkarı Viktor Xrenin ilə danışıqlar aparacaq.

Bu barədə dekabrın 3-də BELTA xəbər verir.

Agentliyin məlumatına görə, rusiyalı nazirin təyyarəsi artıq Maçulişçi aerodromuna enib.

Danışıqlar zamanı Şoyqu və Xreninin ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəyi gözlənilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…