Əsas məzmuna keç

ŞOYQU KOSMOSA NƏZARƏT OBYEKTİNDƏ DÖYÜŞ NÖVBƏTÇİLİYİNİ YOXLAYIB

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərb Hərbi Dairəsinin (QHD) ixtisaslaşdırılmış radiolokasiya stansiyasının ekipajları tərəfindən döyüş növbətçiliyinin təşkilini yoxlayıb.

Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən məlumat verilib.

“Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu Qərb Hərbi Dairəsinin qoşunlarına işgüzar səfəri çərçivəsində kosmosa nəzarət sisteminin yeni obyektində döyüş növbətçiliyini yoxlayıb”, – məlumatda deyilir. .

Hərbi idarə aydınlaşdırıb ki, Şoyqu kosmik obyektlərin kiçik ölçülü obyektlərinin aşkarlanması üzrə ixtisaslaşmış radiolokasiya stansiyasının ekipajları tərəfindən döyüş növbətçiliyinin təşkilini yoxlayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…