Əsas məzmuna keç

ŞOYQU: RUSİYA QOŞUN QRUPLARI USQ-NİN DÖYÜŞ POTENSİALINI METODİK OLARAQ AZALDIR

Xüsusi əməliyyat zamanı Rusiya bütün döyüş təmas xətti boyunca strateji təşəbbüsü özündə saxlayır, Rusiya qoşun qrupları Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüş potensialını metodik olaraq azaldır.

Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.

“Rusiya qoşunlarının qrupları Ukrayna Silahlı Qüvvələrinin döyüş potensialını metodik olaraq azaldır. Son bir il ərzində düşmən itkiləri 215 min nəfəri və 28 min silahını ötüb. Biz bütün döyüş təmas xətti boyunca strateji təşəbbüsü saxlayırıq”, – o, Rusiya Federasiyası Silahlı Qüvvələrinin rəhbərliyi ilə keçirilən konfransda bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…