Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Bayern”in 25 yaşlı xorvat sağ cinah müdafiəçisi Yosip Stanişiç müdafiənin cinahında və mərkəzində çıxış etməsi ilə bağlı təəssüratını paylaşıb.
Tezadlar.az xorvat futbolçunun müvafiq açıqlamasını təqdim edir:
“Çox qaçmağım və məndən daha sürətli rəqiblərlə tez-tez qarşılaşmağım gərək olur, ona görə də mövqeləri düzgün seçməyimiz gərəkdir. Həm mərkəzdə və həm də cinahda oynamağı xoşlayıram, amma yəqin ki, cinahda oynamaq azacıq maraqlıdır – hücumlarda daha çox iştirak etmək olar”.