Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiyada qadağan olunmuş İŞİD terror qruplaşmasının sui-qəsd qrupunun üzvləri Stavropol diyarında terror aktı hazırladıqlarına görə saxlanılıblar.
Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi (İƏM) məlumat yayıb.
“Rusiya Federasiyası FTX-nın Stavropol diyarında həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada qadağan edilmiş İŞİD beynəlxalq terror təşkilatının tərəfdarlarının gizli hücrələrini aşkarlayıb və fəaliyyəti dayandırılıb”, – bildirilir (ria).
Ehtimal olunur ki, hücrədəki üzvlər xarici emissarların göstərişi ilə nəqliyyat infrastrukturu obyektində terror aktı törətməyə yığışıblarmış və hadisəni törətməyə hazırlıq apararkən Stavropolda saxlanılıblar.
Şübhəlilərin yaşayış yerlərində aparılan axtarışlar nəticəsində bomba hazırlamaq üçün aldıqları komponentlər və zədələyici elementlər, eləcə də məxfi əlaqə vasitələri aşkar edilərək götürülüb.
Artıq qrup üzvlərinə qarşı “terror aktına hazırlıq” maddəsi ilə cinayət işi açılıb -müttəhimlər əməllərini etiraf ediblər.
Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
***
Xatırladaq ki, İŞİD üzvləri əvvəllər də Rusiyada terror hərəkətləri edib və zaman-zaman terror aktları törətməyə çalışıblar.
Müxtəlif vaxtlarda dəfələrlə Rusiya Federasiyası FTX-sı bu terror təşkilatının üzvlərini aşkarlayaraq terror aktlarının qarşısını alıblar.
Qeyd edək ki, “İraq Şam İslam Dövləti” (İŞİD) — əsasən, İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşmasıdır. Terror qrupu 3 yanvar 2014-cü il tarixində müstəqilliyini elan etmiş, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını bəyan etmişdir.
“İŞİD”in 2019-cu ildə süqutu elan edilmişdir.
Bu müddət ərzində “İŞİD” üzvləri dünyada dəhşətli terror aktları törətmiş, əsir götürdükləri insanlara isə inanılmaz ağır işgəncələr verərək qətlə yetirmişlər.
Məsələn, 14 oktyabr 2014 — Suriyanın Kobanı şəhərində iki minalanmış avtomobil partladıblar;
Y.MƏMMƏDLİ