Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə-dövlət qoruqlarında, su hövzələrində qanunsuz balıq, quş ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir.
Tezadlar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Xaçmaz rayonunun Müqtədir qəsəbəsində aparılan növbəti nəzarət-profilaktik tədbirlər zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan Elnur Xəlilov saxlanılıb. Ondan qanunsuz ovladığı 32 ədəd balıq, ov qurğuları və qayıq aşkarlanıb.
Araşdırmalar davam etdirilir.