9 Dekabr 2025 / 11:10

“Suada dedi ki, bu, festival filmidir, amma Azərbaycanda hamı gördü” – Fərqanə öpüş səhnəsindən danışıb

Fərqanə Abdulla qınayanlara cavab verdi: “Öz ərimlə öpüşmüşəm…”

Məlum olduğu kimi, rejissor  Suada  Qarayevanın”Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalından çıxarılıb.

Tezadlar.az  xəbər verir ki, filmdə Məhsəti obrazını canlandıran aktrisa Fərqanə Abdulla öpüşmə səhnəsindən danışıb. Aktrisa onu tənqid edənlərə əsəbiləşib və sosial media hesabında belə cavab verib:

“Suadla film haqqında danışanda ilk olaraq soruşmuşdum ki, film harada yayımlanacaq? Səhnəyə görə qorxurdum. Yeri gəlmişkən, filmdə öpüşdüyüm adam doğmaca ərimdir. Başınız xarab olmasın. Suada dedim ki, utanıram, atası, anası görər. Bunun görünməsini istəmirəm. Yəqin ki, ancaq xaricdə yayımlanacaq. Festivallarda göstəriləcək. Dedi ki, bu, festival filmidir. Sağ olsunlar. Azərbaycanda hamı gördü. Bunu tirajlayaraq təkrar-təkrar niyə verirsiniz?!

Bir şeyin fərqinə vardım ki, insan nədən qorxursa, onu yaşayır. Təəssüf ki, Azərbaycan kimi cəmiyyətdə sən nə edirsənsə et, səni anlamırlar, anlamayacaqlar da. Bu yəqin ki, ilk deyil, son da olmayacaq. Hələ ki məni çox meydanlara çıxardıb daşlayacaqlar. Əsəblərim 1 ilə ancaq özünə gələr. Yoxsa hər gün Azərbaycan gündəmində olmaq çoxdur.

Qəlbiniz nə qədər qara və daşdan olmalıdır ki, ağzınıza gələni yaza bilmək cəsarətində olasınız”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!