Əsas məzmuna keç

SUDANDA BİR GÜNDƏ 5 DİNC SAKİN HƏLAK OLUB

Bu gün Sudan ordusu ilə çevik qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən silahlı toqquşmalarda 5 mülki şəxs həlak olub, 78 nəfər yaralanıb.

Bu barədə “Asharq” telekanalı Sudanın Həkimlər Komitəsinə istinadən məlumat yayıb.

“Bu gün toqquşmalarda 5 mülki şəxs həlak olub, 78 nəfər yaralanıb”, – telekanal sitat gətirib.

Bundan əvvəl Xartumun tibb orqanları münaqişə tərəflərindən qurbanların daşınmasının mümkünlüyünü təmin etməyi və tibb işçilərinə hücum etməməyi tələb edib.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…