Əsas məzmuna keç

“Sülhün əbədi olmasını istəyirik, lakin…”

“Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerdən Əbu-Dabidə (BƏƏ) keçirilən danışıqların yekunlarına əsasən gələcək təmasların perspektivlərini qiymətləndirməyi xahiş edib”. Tezadlar.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Putin Moskvada ABŞ Prezidentinin xüsusi elçiləri ilə görüşü zamanı bildirib. Onun sözlərinə görə, Avropa ölkələri bilirlər ki, xarici kontingentlərin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir. Rusiya Prezidenti Vladimir Putin sülhün əbədi olmasını istədiklərini bildirib. O, sülhün uzunmüddətli, möhkəm və etibarlı olmasının vacibliyini vurğulayıb.

Putinin sözlərinə görə, tərəflərin ərazi məsələləri ilə bağlı mövqeləri fərqlidir. O, Ukrayna tərəfinin müzakirəyə “boz zonalar” məsələsini çıxardığını bildirib və bunun daim fikir ayrılığına səbəb olacağını iddia edib: “Bizim üçün yeganə ayırıcı xətt dövlət sərhədidir. Çünki o zaman hər şey aydın olacaq: burada bizik, orada isə siz”, – deyə Putin əlavə edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…