Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Sumqayıt məktəblərindən “Təzadlar”a həyəcan dolu şikayət daxil olub…
Şikayət məktubunu imzalayanlar “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tələblərinə uyğun olaraq adlarını açıqlamamağı xahiş edərək redaksiyadan kömək istəyirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Surəti :Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevaya, Azərbaycan Respublikasının Səhiyyə naziri cənab Teymur Musayevə, Baş Prokuror Kamran Əliyevə və nəhayət, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə ünvanlı şikayəti Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Abdullayev Rafiq Əkbər oğluna mövqeyini bildirməsi üçün göndərdik. Lakin hələ də elektron sorğuya tələb olunan müddətdə cavab verilməyib… Eləcə də Rafiq Abdullayevin (018) 655-94-05 saylı iş telefonuna zəng etsək də cavab verilmədi.
XXX
Beləliklə, şikayətdə deyilir: “Hörmətli “Təzadlar”! Şikayətimiz Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzininin Təhminə və Mehriban adlı əməkdaşlarının özbaşınalıqlarındandır. Bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Sumqayıt şəhər orta məktəblərini özlərinə gəlir mənbəyinə çeviriblər. Yoxlama adı ilə orta məktəblərə gedən bu əməkdaşlar məktəblərdə min bir bəhanə taparaq hədə-qorxu gəlməklə məktəb direktorlarından pul almaqla məşğuldurlar. İlk əvvəl guya planlı yoxlama adı ilə məktəbi yoxlama adı ilə gəlib vəzifələrini icra edirlərmiş kimi görüntü yaradırlar. Daha sonra məktəbin hər hansı bir küncündə toz dənələri “aşkar” edib direktorları 350 manat cərimə yazmaqla hədələyirlər. Bundan sonra isə “danışıqlar” apararaq yazacaqları 350 manat cəriməyə 100-150 manat “endirim kompaniyası”edib 200-250 manat pul alıb gedirlər. Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi məktəbləri xlorominlə təmin etmir. Buna görə də Sumqayıt şəhər məktəblərinin hamısının sanitar qovşaqları xlorla təmizlənir. Xlor da şəxsi vəsait hesabına alınır. Təhminə adlı əməkdaş isə deyir ki, bu bizlik deyil, Sumqayıt Təhsil idarəsi zəhmət çəkib məktəbləri xlorominlə təmin etməlidir. Heç bir məktəbi yazılı təlimatla təmin etməyən, vəzifələrini yerinə yetirməyən Sumqayıt GEM-nin işi yalnız xərac toplamaqdır. Məktəbə qaş-qabaqlı sifətlə girən Təhminə xanım pulu aldıqdan sonra üzü gülər halda məktəbi tərk edir. Deyilənlərə görə “zombi” ləqəbli Təhminə xanımın pensiya yaşı da tamam olub.
Hörmətli redaksiya! Biz şikayətimizi çox yerə göndərmişik, lakin tədbir görülmədiyindən Sizdən xahiş edirik Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzininin Təhminə və Mehriban adlı əməkdaşlarının (xüsusilə Təhminə adlı əməkdaşın) özbaşınalıqlarına son qoyulması üçün aidiyyatı üzrə əlaqə saxlayıb tədbir görəsiniz, şikayətimizi ictimailəşdirəsiniz. Bəlkə təhsil və səhiyyə nazirliklərinin xəbəri oldu, tədbir gördülər… Öncədən Sizə minnətdarıq.
Hörmətlə: Sumqayıt şəhər tam orta məktəblərin bir qrup kollektivi adından Məmmədova Arzu”.
Redaksiyadan: qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
XXX
“Təzadlar”