5 Aprel 2025 / 15:42

Sumqayıt şəhərində evlərdən oğurluq edənlər yaxalanıb

Sumqayıt şəhəri ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Tezadlar.az-a verilən məlumata görə, bir nəfər polisə müraciət edərək yaşadığı evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 36 yaşlı E.Axundov və 33 yaşlı X.Hümbətov müəyyən edilərək saxlanılıblar.

Aparılan araşdırmalarla E.Axundovun əvvəllər məhkum olunmuş 35 yaşlı A.Ağayevlə birgə şəhər ərazisində yerləşən daha iki evdən pul və 6 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığı məlum olub. Əməli törətməkdə şübhəli bilinən A.Ağayevin saxlanılması da təmin edilib.

Araşdırmalar davam etdirilir.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!