Əsas məzmuna keç

SUMQAYITDA BİR AİLƏNIN 5 ÜZVÜNÜN DƏM QAZINDAN ZƏHƏRLƏNMƏSİ ARAŞDIRILIR

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan Tezadlar.az-a məlumat verilib.

Qeyd olunub ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib.

Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…