Əsas məzmuna keç

“Super Bowl” futbolunun finalında nikah mərasimi keçirilib – məşhur müğənnilərlə (FOTO)

super bovl final futbol

Amerikan futbolunun “Super Bowl” finalının fasiləsində baş tutan “Bad Bunny”nin yarımşousu zamanı nümayiş etdirilən toy səhnəsinin real olduğu təsdiqlənib.

Tezadlar.az  xəbər verir ki, stadionda keçirilən 13 dəqiqəlik çıxışın təxminən beşinci dəqiqəsində səhnədə həqiqi nikah mərasimi baş tutub. Ağ geyimdə olan cütlük rəsmi olaraq evləniblər.

Toy səhnəsindən sonra səhnəyə Lady Gaga və “Bad Bunny”nin son albomunda yer alan Puerto-Riko salsa qrupu Los Sobrinos çıxıb. Ardınca “Bad Bunny” “Baile Inolvidable” mahnısını ifa edərək toy iştirakçıları arasında rəqs edib.

Şoudan sonra sənətçinin nümayəndəsi nikahın real olduğunu açıqlayıb. Məlumata görə, cütlük “Bad Bunny”ni toylarına dəvət edib, lakin müğənni mərasimin “Super Bowl” səhnəsində keçirilməsini təklif edib. O, nikahın şahidi olub və rəsmi sənədi imzalayıb. Toy tortu da real olub.

futbolda toy
futbolda toy

idman.biz

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…