Suraxanı rayonunda abadlıq-quruculuq işləri davam etdirilir… Bu barədə rayonun İcra başçısı Adil Əliyev özünün sosial media hesabında paylaşıb.
Tezadlar.az xatırladır ki, Rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə qəsəbələrarası və məhəllədaxili küçələrdə asfaltlanma işləri davam etdirilməkdədir. Hazırda Hövsan qəsəbəsində Vətən müharibəsi şəhidi Elmaz Hacıyevin adını daşıyan küçədə 3450 kv/m asfalt örtüyü salınır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.
Elbar