Əsas məzmuna keç

Suraxanı rayonunda abadlıq-quruculuq işləri davam etdirilir

Suraxanı rayonunda abadlıq-quruculuq işləri davam etdirilir… Bu barədə rayonun İcra başçısı Adil Əliyev özünün sosial media hesabında paylaşıb. Tezadlar.az xatırladır ki, Rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə qəsəbələrarası və məhəllədaxili küçələrdə asfaltlanma işləri davam etdirilməkdədir. Hazırda Hövsan qəsəbəsində Vətən müharibəsi şəhidi Elmaz Hacıyevin adını daşıyan küçədə 3450 kv/m asfalt örtüyü salınır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.
Elbar
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…