Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün sosial şəbəkədə Suraxanı rayonunda, Zığ sossesi yaxınlığında məişət tullantılarının yanması ilə bağlı məlumat yayılıb.
Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindəndən verilən məlumatda bildirilib ki, yanğın hadisəsi Suraxanı rayonunda, “Azərsu” ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş vermiş və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb.
Yanğın qısa müddət ərzində Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülüb, məsələnin araşdırılması Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən həyata keçiriləcəkdir.