4 May 2023 / 08:32

SURİYA DRONLARIN KREMLƏ EDİLƏN HÜCUMLARINA BELƏ REAKSİYA VERİB

Suriya Xarici İşlər Nazirliyi Rusiyanın terror hücumlarına qarşı özünü müdafiə etmək və onların təkrarlanmasının qarşısını almaq hüququnu dəstəklədiyini bildirib.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, Suriya tərəfi mayın 3-də Kremlə pilotsuz təyyarələrin hücumuna belə reaksiya verib.

“Suriya ABŞ və müttəfiqləri tərəfindən idarə olunan Ukrayna rejiminin Kremlə dron hücumlarını qətiyyətlə pisləyir və bunu terror hücumu və axmaq davranış hesab edir”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!