Əsas məzmuna keç

SURİYA MN: HƏMADAKI TERRORÇULAR CANLI QÜVVƏ VƏ TEXNİKADA AĞIR İTKİ VERİRLƏR

Suriyanın qərbində yerləşən Həma əyalətində Suriya silahlı qüvvələrinin bölmələri ilə davam edən toqquşmalar nəticəsində silahlı terror qruplaşmaları canlı qüvvə və texnikada ağır itkilər verir.

Tezadlar.az xəbər verir ki, Ərəb Respublikasının Müdafiə Nazirliyinin məlumatına görə, onlarla yaraqlı məhv edilib.

“Həmada fəaliyyət göstərən qüvvələrimiz canlı qüvvə və texnikada ağır itki verən silahlı terror təşkilatları ilə şiddətli döyüşlər aparır”, – mətndə deyilir.

Müdafiə Nazirliyi bildirib ki, Suriya aviasiyasının Rusiya Federasiyasının dəstəyi ilə terrorçu qruplaşma və karvanlara endirdiyi artilleriya, raket və hava zərbələri nəticəsində “onlarla insan ölüb və yaralanıb, silahlarının əksəriyyəti və avadanlıqlar məhv edilib”.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…