Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verildiyi kimi, bu gündən hava kəskin dəyişəcək, yağış, duman və dolu… düşəcəyi bildirilir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi də əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Tezadlar.az-a verilən məlumatda bildirilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına uyğun olaraq, hazırda paytaxt ərazisində, eləcə də respublikanın ayrı-ayrı rayonlarında yağış və fasilələrlə külək müşahidə olunur: “Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Yağışlı havalarda hərəkətin çətinliyini nəzərə alaraq, piyadalar daha məsuliyyətli olmalı, yollarda həyat və sağlamlıqları üçün təhlükə yaradan qayda pozuntularından çəkinməlidirlər”.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Yollarda diqqətli olmaqdan başqa yol da yoxdur!
SƏBUHİ