“Bakı Marafonu-2026” ilə bağlı sürücülərə müraciət ünvanlanıb.
Qeyd edilir ki, 3 may tarixində saat 09:00-dan tədbir başa çatanadək “Bakı Marafonu-2026” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq.
Tezadlar.az DİN-ə istinadən xəbər verir ki, marafonun marşrutu-
Bayraq Meydanı → Dənizkənarı Bulvar → Dəniz Vağzalı → Neftçilər prospekti → Bakı Ağ şəhər Bulvarı → 8 Noyabr prospekti → Yusif Səfərov küçəsi → Sevgi Parkı → Heydər Əliyev prospekti → Baku Arena → Böyük İpək Yolu küçəsi → Müzəffər Nərimanov küçəsi → Ziya Bünyadov prospekti → Böyükşor küçəsi → Böyükşor körpüsü → Balaxanı dairəsi → Böyükşor–Pirşağı yolu → Bakı Dairəvi Yolu (Bilgəh–Pirşağı şosesi) → “Sea Breeze” (finiş) əhatə edir.
Sürücülərdən xahiş olunur:

Hərəkətlərini əvvəlcədən planlaşdırsınlar

Qeyd olunan istiqamətlər üzrə sıxlığı nəzərə alsınlar

Alternativ yollardan istifadə etsinlər
Məhdudiyyətlər iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.