Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Avqust 2023 / 11:58

“ŞUŞA” TANKERİ İTALİYAYA YOL ALDI

Azərbaycanın “Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri uğurla baş tutub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən TEZADLAR.AZ-a verilən məlumata görə, gəmi 29 iyul tarixində Libiyanın Es Sider limanında xam neftlə yüklənib və İtaliyanın Augusta limanına doğru yola çıxıb.

“Aframax” tipli tankerin ilk səfəri uğurla tamamlanıb və təyinat limanında yük təhlükəsiz şəkildə gəmidən boşaldılıb.

Qeyd edək ki, “Aframax” tipli 3 tankerin hər birinin ümumi yükgötürmə qabiliyyəti təxminən 115 min tondur və onlar Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında istismar ediləcəklər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!