23 Avqust 2024 / 09:32

“TƏHSİL TARİXİNİN REKORDUNU TƏZƏLƏDİK” – BANM-NİN REKTORU

Əziz BANM ailəsi!

Birinciliyi yenə də əldən vermədik! Azərbaycan təhsil tarixinin yeni rekordunu təzələdik.

TEZADLAR.AZ xəbər verir ki, bunu  Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial media səhifəsində bildirib.

Rektor diqqətə çatdırıb ki, Azərbaycan Universitetləri üzrə ən yüksək keçid balına malik ixtisas  Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi olub – 687 bal!

“Bu, ən yüksək göstəricidir. BANM illərdir ki, bu siyahıya başçılıq edir. Bundan öncə rekord 685 bal idi. Eyni zamanda, gələcəyin ixtisası olduğunu bir daha göstərdi. Qəbul olan tələbələrimizi ürəkdən təbrik edirəm”, – deyə BANM-nin rektoru qeyd edib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!