10 Yanvar 2023 / 10:25

TƏLƏBƏLƏRİN 42%-İ TƏHSİLLƏRİNİ “DONDURMAQ” MƏCBURİYYƏTİNDƏ QALIBLAR

Dövlət universitetlərində təhsil alan 36 156 tələbə 2022-ci ildə tələbə statusunu dayandırıb.

Bu barədə Gürcüstanda təhsilin idarəedilməsi informasiya sistemindən məlumat verilib. Məlumata əsasən, 36 156 tələbədən 15 013-nün statusu maliyyə borcuna görə dayandırılıb ki, bu da statusu dayandırılan tələbələrin 42%-ni təşkil edir.

Qeyd edək ki, Azərbaycanda tələbələrə təhsil üçün kreditlər verilir.

Beləki, 2021-2022-ci tədris ili ərzində 6544 tələbəyə kredit verilib. Kreditlərin 2379-u sosial, 4165-i standart yönümlüdür. 

 Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır.

 Y.MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!