Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Təzadlar” qəzetinin şöbə redaktoru Yasəmən Məmmədli Dövlət Sərhəd Xidmətinin rəisi, General-polkovnik Elçin Quliyevin Sərəncamı ilə Fəxri Fərmanla təltif edilib.
Y.Məmmədli “Milli Mətbuat Günü və Dövlət Sərhəd Xidməti ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafənda, eləcə də sərhəd mühafizə xidməti orqanlarının xidməti döyüş fəaliyyəti haqqında məlumatların ictimaiyyətə çatdırılmasındakı xidmətlərinə görə” təltif edilmişdir.
Əməkdaşımızı ürəkdən təbrik edir, daha böyük nailiyyətlər arzulayırıq.
Xatırladırıq ki, Y.Məmmədli ötən il Medianın İnkişafı Agentliyinin jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsində 1-ci yerə layiq görülmüş, Diplomla təltif edilmişdir.
Elçin MƏMMƏDLİ
