Əsas məzmuna keç

Taksi sürücüsü itkin düşən qızları evində saxlayırmış ki…

Bakıda qəribə hadisənin üstü açıldı. Belə ki, yetkinlik yaşına çatmayan qızları evində gizlədən taksi sürücüsü ələ keçdi. Məlum olur ki, o, polis tərəfindən axtarışın aparılmasını bildiyi halda, polisə məlumat vermirmiş. Belə bir taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Məlum olur ki, o yaxın qohumu olduğu halda, Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışı aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H ad- soyadlı qızların yerini gizli saxlayıb. Qızlar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar. İndi polis əməkdaşları taksi sürücüsünün bu məsələdəki niyyətini araşdırır.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…