Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Space TV” loqosunu dəyişib.
Ekranın yuxarı sağ küncündəki loqo yeni dizaynda tərtib edilmiş “Space” sözü ilə əvəzlənib.
Qeyd edək ki, sonuncu dəfə 26 sentyabr 2012-ci il tarixində “Space TV” loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Xatırladaq ki, “Space” fəaliyyətə başladığı 1997-ci ildən 2001-ci ilə kimi televiziyanın rəhbəri Eldar Namazov, 2001-2006-cı illərdə isə Etibar Babayev olub. Kinorejissor Vaqif Mustafazadə isə daha uzun zaman – 2021-ci ilə qədər şirkətə rəhbərlik edib. 5 Fevral 2021-ci ildə “Space” televiziyasının yeni rəhbəri əfsanəvi sənətkar Rəşid Behbudovun kürəkəni K.Şahverdiyev olmuşdur. O, kinorejissor Vaqif Mustafayevin telekanala rəhbərlik etdiyi müddətdə həm “Space” TV-nin icracı direktoru vəzifəsində çalışıb, həm də Rəşid Behbudov Fondunun direktoru kimi fəaliyyət göstərib. 20 may 2021-ci il tarixindən etibarən isə bu vəzifəyə ssenarist, kinoprodüser, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov təyin edilib. Müşfiq Hətəmov 2011-2019-cu illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru olub. Televiziya rəhbəri vəzifəsinə gətirilənə qədər isə Mədəniyyət Nazirliyində “Kino” şöbəsində sektor müdiri kimi çalışıb.
TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ