Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Çingiz Abdullayev Xalq artisti, deputat Polad Bülbüloğlunun üçüncü evliliyi məsələsini müzakirə etməyi mədəniyyətsizlik adlandırıb. Tezadlar.az xatırladır ki, R.Behbudov Fondunun rəhbəri Kamil Şahverdi özünün fb səhifəsində Ç.Abdullayevin bu fikirlərinə sərt cavab verib. Sitat: “Xürmetli Xalq yazıçısı Çingiz Abdullayev xalqı mədəniyyətsiz adlandırdı…
Çox xürmetli Çingiz müəllim, sizin əqidə dostunuz Polad Bülbüloğlunun evlənmək xəbərini Azərbaycanda demək olar ki, bütün KİV-lər paylaşdı. Sosial şəbəkələrdə on minlərlə paylaşımlar oldu. Yüz minlərlə insan şərh yazdı. Ümumilikdə götürəndə milyonlarla insan bu məsələyə münasibət bildirdi. İki-üç gündür ki, bu xəbər gündəmdən düşmür. On millionluq xalqın yarıdan çoxu bu və ya başqa formada bu xəbəri tirajladı və ya münasibət bildirdi. Əgər fikir verdinizsə, şərhlərdə Polad Bülbüloğluna müsbət rəy yazanların sayı sıfıra bərabərdir. Necə deyırlər, elin gözü tərəzidir.
Siz Xalq yazıçısı olaraq bütün milləti mədəniyyətsiz adlandırırsız. Bəlkə 18 il mədəniyyət naziri işləmiş, indi də Milli Məclisdə mədəniyyət komitəsinin sədri olan əqidə dostunuzdan soruşasınız, bu mədəniyyətsiz xalqı mədəni etmək üçün nə etmək lazımdır.
Siz görüşəndə heç bu məsələni müzakirə etmisinizmi? Ana diliniz olan rusca da olsa heç fikir mübadiləsi aparmısınızmı?
Bəs bu mədəniyyətsiz xalqın Xalq yazıçısı olmaq necə… Çox xürmetli Xalq yazıçısı və çox xürmetli Xalq artistinin hansı əqidəyə xidmət etdiyini bilmək istəyən aşağıdakı linkdə tanış ola biıər”.
Sitatın sonu.







