2 İyun 2026 / 20:19

Tanınmış hüquqşünas AYNA rəhbərini biabır etdi: “Anar Rzayev, ixtisasınız nədir?”

Tanınçış hüquqşünas Fərhad Mehdiyev bu gün anasını avtovağzal ərazisində avtomobilindən düşürtməyə AYNA tərəfindən cərimə alıb. Hüquqşünas haqlı sual verir ki, bu yollara əyriş-üyrüş xətt çəkəndə düşünmürlər ki, sağı bus-a, solu velosipedə və parklamalara pay- püşt edəndə sürücü sərnişini harda və necə düşürtməlidir???
F.Mehdiyev yazır: “AYNA-nın rəhbəri Anar Rzayevin ixtisası nədir? Yol hərəkətinin təşkillindən başı çıxırmı?
Bəzən insana elə gəlir ki, onun məqsədi cərimələnən sürücülərin sayını artırmaqla, insanların avtomobil sürmə həvəsini azaltmaqdır. Onun apardığı siyasət birbaşa ölkə Prezidentinin apardığı siyasətə ziddiyyət təşkil edir, çünki ölkə Başçısı hər bir vətəndaşın firavanlığı üçün çalışdığı halda, Anar Rzayev Bakı şəhərində doğulub böyüyən sakinlərə Bakı şəhərini yaşanmaz hala gətirir. Məsələn, Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin birləşməsində yeni xətlər çəkilib, svetofor quraşdırılıb, amma indi həmin yerdə daha çox gözləməli oluruq. Həmin yerdə körpü kompleksi tikilməlidir, qalan şeylər isə vəziyyətə ciddi təsir göstərməyəcəkdir. Bu gün isə 78 yaşlı anamı, təqaüdçü, şəhid anasını Sumqayıt istiqamətindən gələrkən avtovağzal kompleksinin “cib” yoluna daxil olmaqla avtomobillərin park edildiyi yerdə endirdim və bəlkə 15-20 saniyə dayandım. Həmin “cib” yolununaxırlarında olan bir yerdə. Sonra baxıram ki, mənə cərimə gəlib ki, orda maşın saxlayıb yolcu endirmək olmaz.
Anar Rzayev, bəəs yolcu harda endirilməlidir? Sürətli yoldag sərnişini endirib onun həyatını riskə atmalıyam?
 Zəhmət olmasa, cərimə protokolu tutanda, qərarı da elektron kabinetə yükləyin ki, vətəndaş sizin bu əsassız cərimələrinizdən  məhkəməyə şikayət verəndə əziyyət çəkib gedib qərarı almaq üçün vaxt itirməsin”.
Əlavə şərhə ehtiyac varmı?
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!