Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Aprel 2026 / 11:06

Tanınmış iqtisadçı Baş nazir Əli Əsədov haqqında şok faktları açıqladı- İNANILMAZ

Tanınmış iqtisadçı-tədqiqatçı Əkrəm Həsənov Baş nazir Əli Əsədov haqqınnda olduqca maraqlı və ibrətamiz status paylaşıb. Tezadlar.az təqdim edir: “…2 gün əvvəl iqtisadiyyatımızı indiki acınacaqlı günə qoymuş 6 vəzifəli haqda giriş statusu yazdım və medianı onların fəaliyyətini işıqlandırmağa səslədim… Və onlardan biri – baş nazir Əli Əsədovun biznes imperiyası haqda yazdı (mənim siyahımda o, 4-cü idi, yəqin aprel ayı 4-cü olduğu üçün ondan başlanıldı). Yeri gəlmişkən, baş nazirə iradlarımdan biri o idi ki, 7 ildir ki, qanuna zidd olaraq məmurların gəlir bəyannəməsi formasını təsdiq etmir və bununla da korrupsiyaya rəvac verir. 4 il əvvəl ona məktub da yazaraq həmin formanın layihəsini göndərmişdim ki, korrupsiya ilə mübarizə aparırsansa təsdiqlə. Amma mənə heç cavab da vermədi (buna görə də 2024-cü ilin sonunda onu “İlin korrupsiya düşməni” elan etmişdim… İndi məlumdur niyə. Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər. Bunun özü də işıq ucudur: gəlin hamısının əmlakını dövlət nəfinə alaq və bununla da büdcəmizi dolduraq. Gələcəkdə, hətta paket şəklində aldıqlarından da məhrum etmək olar. Məbləğlər zatən bəllidir. Neçə milyard pul edəcək…”.

Sitatın sonu.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!