Tanınmış türkiyəli müğənni Sibel Canın konsertində şəhid hərbçiləri gülümsəyərək yad etməsi tənqid edilib -VİDEO

Xəbər verdiyimiz kimi, noyabrın 11-də Azərbaycandan havaya qalxan C130 təyyarəsi qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siqnaxi bölgəsində qəzaya uğrayıb. Və qəza nəticəsində 20 hərbçi şəhid olub.

Azərbaycan xalqı türk qardaşlarının kədərini kədəri bilir və baş verən hadisədən təəssüflənir.

Tezadlar.az xəbər verir ki, həmin gün türk müğənnisi Sibel Can məkanlardan birində səhnəyə çıxaraq konsert verib.

İfaçı konsert zamanı şəhidlərin ruhlarını yad etmək üçün tamaşaçılardan əl çalmalarını istəyib. Bundan başqa, Sibel Canın həmin an gülməsi sosial mediada geniş müzakirələrə səbəb olub.

Bir çox istifadəçi əl çalmaq yerinə bir dəqiqəlik sükutla şəhidlərin yad edilməli olduğunu vurğulayıb. Bir qisim istifadəçi isə müğənini gülərək danışdığına görə tənqid edib. Həmin gün Sibel Canın konsertini ləğv etməli olduğunu deyənlər də az olmayıb.

Qeyd edək ki, Xalq artisti Mənsum İbrahimov ötən gün Gəncədə keçirilməsi planlaşdırılan yubiley konsertini qəza səbəbindən təxirə salıb.

Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.