16 Avqust 2025 / 16:20

Tanınmış yazıçı Vidadi Babanlı vəfat edib

Bu gün tanınmış yazıçı Vidadi Babanlı 98 yaşında vəfat edib. Bu barədə yazıçının qızı Leyli Babanlı mediaya məlumat verib. Tezadlar.az bildirir ki, Yazıçının qızı onun harada dəfn olunacağı ilə bağlı qərar vermədiklərini bildirib.

Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fılologiya fakültəsində təhsil alıb. “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib. Sonradan C. Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, “Yazıçı” nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Anam sən oldun” şeiridir.

Allah rəhmət eləsin!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!