Tanrı martın 8-də qadınların üzünə 22 dərəcə isti göndərir!

Oxunma sayı: 26

Beynəlxalq Qadınlar Günü – 8 martda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Beləliklə, sabah Beynəlxalq qadınlar günüdür! Tanrı qadınların üzünə sabaha 22 dərəcə isti göndərir! Bu istilik müharibə gedən bölgələrdə rahatlıq yaratsın, sülh və əmin-amanlıq olsun!

Elbar

Xəbəri paylaş