Dünyada olan hadisələr
1823 – Ingilis iqtisadçısı David Rikardo vəfat edib.
1830 – Ekvador Respublikasının yaranması
1853 – İlk dəfə teleqraf xətti işləmişdir.
1881 – İsveçdə yer sürüşməsi nəticəsində 1200-ə yaxın insan həlak olur.
1888 – Torontodakı sənaye sərgisində ilk dəfə olaraq təkrar edilmək üçün insan səsi yazılmışdır.
1914 – Rusiya Ordusu Avstriya-Macarıstan üzərində qələbə çalır.
1926 – İtaliya lideri Benito Mussoliniyə qarşı uğursuz sui-qəsd edilir.
1944 – İkinci Dünya Müharibəsi dövründə ABŞ qoşunları müttəfiq qoşunları arasında ilk olaraq Almaniya ərazisinə daxil olmuşdur.
1954 – ABŞda ilk gözəllik müsabiqəsi keçirilir.
1962 – Rəsmi Moskva Kennediyə Kuba barədə xəbərdarlıq edir (Karib böhranının ilkin əlaməti)
1973 – Auqusto Pinoçetin rəhbərliyi altında Çilidə dövlət çevrilişi baş verir. Ölkə prezidenti Salvador Alyende çevriliş zamanı qətlə yetirilir.
1980 – Çilidə keçirilən referendumda general Auqusto Pinoçetin prezidentlik dövrü səkkiz il uzadılır.
1990 – Prezident Corc Buş (ata) “Dünyada yeni sistem” barədə danışır.
2001 – ABŞ-da 11 sentyabr terror aktı: Dünya Ticarət Mərkəzinin əkiz qüllələri və ABŞ Müdafiə Nazirliyinin binası təyyarə hücumlarına məruz qaldı, 2 metro stansiyası yararsız hala düşdü.
***
2003 – Aşqabadda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 11-ci iclası keçirilir.
2008 – ABŞ Konqresində Cənubi Qafqazla bağlı dinləmələr keçirilir.
2008 – La Manş tunelində yanğında onlarla insan xəsarət alır.
Azərbaycanda olan hadisələr
1992 – Azərbaycan Respublikası Qana ilə diplomatik əlaqələr qurmuşdur.
2003 – Almaniya Azərbaycana prezident seçkiləri üçün 5 min ədəd şəffaf seçki qutusu hədiyyə edir.
2003 – Azərbaycanın Xarici İşlər Naziri Vilayət Quliyevin Türkiyəyə rəsmi səfəri başlayır.
2006 – Azərbaycan Prezidenti İlham Əliyevin İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu ilə görüşü.
2006 – Ekmələddin İhsanoğlu Qafqaz Müsəlmanları Ruhani İdarəsinin “Şeyxülislam” ordeni ilə təltif olunur.
2007 – Azərbaycan və Çexiya Maliyyə Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanır.
2007 – Azərbaycanın Makedoniyada səfirliyi – Türkiyədəki səfir həm də Makedoniyada diplomatik fəaliyyət göstərir
2008 – Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana səfəri baş tutur.
Doğumlar
1851 – İsmayıl Qaspıralı – məşhur pedaqoq, naşir və türkoloq (ö:1914).
1937 – İosif Kobzon – müğənni.
1966 – İn-Qrid – müğənni.
1966 – Lada Dens – müğənni.
1988 – Bağırov Ayaz Cavanşir oğlu.
Ad günləri
1948 – Muhammed Ali Cinnah – Pakistan Prezidenti
1970 – Nikita Xruşşov – Sovet İttifaqı rəhbəri
1973 – Salvador Alyende – Çili prezidenti (çevriliş zamanı qətlə yetirildi)
***
1913 — Xalq artisti, rejissor və operator Muxtar Baba oğlu Dadaşov Bakıda anadan olmuşdur.
1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəklişində iştirak edir.
Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C.Cabbarlının “Sevil” pyesinin ilk tamaşasında Gündüzü oynamışdır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda tamaşalarda kiçik rollar oynayır.
1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir.
Moskvada təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işinə qayıdır.
Muxtar Dadaşovun sənədli filmləri Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutur. Əksər filmlərində həm də ssenari müəllifi kimi çıxış etmişdir. Müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan Muxtar Dadaşov 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilir. Burada köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə almışdır. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilmişdir.
Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. “Sovet Azərbaycanı”, “Sovet Azərbaycanının 50 illiyi”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.
Quruluşçu rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olur. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır.
Muxtar Dadaşovun “Bakıda küləklər əsir” filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə “Bakı döyüşür” adlı sənədli film çəkmişdi.
O həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. “Nəriman Nərimanov” sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N.Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapır. Sonra həmin kadrları filmdə canlandırır.
Muxtar Dadaşov kinoya 50 ildən çox xidmət etmişdir.
Muxtar Dadaşov 1977-1983-cü illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışmışdır.
7 may 1998-ci ildə vəfat etmişdir.
***
1914 – Məşhur pedaqoq, naşir və türkoloq İsmayıl Qaspıralı 63 yaşında vəfat etmişdir.
İsmayıl Qaspıralı 8 mart 1851-ci ildə anadan olmuşdur.
slən Krım tatarı olan pedaqoq, naşir və siyasətçi. Qaspıralı Rus İmperiyasında türk və islam cəmiyyətlərinin təhsil, mədəniyyət islahatı və müasirləşməyə ehtiyacı olduğunun fərqinə varan ilk müsəlman ziyalılarındandır. Soyadı Krımdakı Qaspra şəhərinin adındandır.
Qaspıralı düşüncələrini 1883-cü ildə qurduğu və 1918-ci ilə qədər varlığını davam etdirən “Tərcüməçi” adlı qəzeti ilə yaymışdır. Nəşrlərində türk xalqlarını birlik və həmrəyliyə çağırırdı. O, indi də öz aktuallığını qoruyub saxlayan “Dildə, fikirdə, işdə birlik!” şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Qaspıralı müasirləşmənin Avropalılaşma olduğunu müdafiə edirdi. Müasirləşmənin tək yolunun təhsil olduğuna inanırdı. O, İslam məktəblərindəki əsasən dinə əsaslanan təhsil sistemini tənqid edərək, uşaqların ana dillərini daha yaxşı mənimsəmələrini təmin edəcək yeni bir təhsil sistemi təklif etdi. Buna uyğun olaraq yeni tədris planını təqdim etdi. 1881-ci il tarixli bir yazısında: “Geri qalmışlığımızın tək səbəbi cəhalətimizdir. Avropada nəyin icad edildiyinə və ya nələr olduğuna dair heç bir fikrimiz yoxdur. Bu izolyasiyadan xilas olmaq üçün bunları oxuya bilməyimiz lazımdır; Avropa fikirlərini Avropa qaynaqlarından öyrənməliyik. İlk və orta məktəblərimizin tədris planlarına bu dərsləri qoymalıyıq ki, göz bəbəklərimiz, yəni şagirdlərimiz bu fikirlərə çata bilsin” deyərək düşüncələrini ortaya qoymuşdur.
Qaspıralı qadınlar üçün Aləmi Nisvan (Dünya Qadınları) adlı bir jurnal çıxarmış və bu jurnalı qızı Şəfiqə nəşrə hazırlamışdır. Uşaqlar üçün də Aləmi Subyan (Dünya Uşaqları) adlı bir nəşr çıxarmışdır. Qaspıralı, İslam Birliyinin (İttifaqi Müsəlmanlar) qurucularından biridir; 1907-də qurulan birlik Rus İmperiyasındakı müsəlman türk intellektualları birləşdirmişdir. Ayrıca ilk rus-müsəlman konqresinin təşkilatçılarından biri idi və Rusiyadakı müsəlmanlar üçün ictimai və dini islahatları ön plana çıxarmağı məqsəd qoymuşdu.
İlk müsəlman qadın hərəkatının lideri Şəfiqə Qasprinskayanın atasıdır.
***
1988 – Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terrorun qurbanlarından biri olan Ayaz Cavanşir oğlu Bağırov Bakı şəhərində dünyaya göz açıb.