Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

1770 — Ceyms Kuk Şərqi Avstraliyanı Böyük Britaniya torpağı elan etdi və buranı Yeni Cənubi Uels adlandırdı.
911-ci il 21 avqustda “Mona Liza” (Mona Lisa) şəkli Luvr (Louvre) Muzeyindən oğurlandı. Bu məşhur şəkil 2 il sonra Floransada tapıldı.
***
1921-ci il 19 dekabrda Bakıda anadan olan Mikayıl Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini və Surixov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib.
Azərbaycan milli təsviri sənətinin inkişafında Mikayıl Abdullayev əvəzsiz rol oynayıb. Rəssamın müxtəlif janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri Azərbaycanın keçdiyi böyük bir dövrün sənət səlnaməsi kimi rəssamlıq tarixinə əbədi həkk olunub.
Azərbaycan torpağının gözəllikləri, vətən övladlarının qəhrəmanlığı, doğma yurda, əməyə və sənətə bağlılıq Mikayıl Abdullayevin müraciət etdiyi əsas mövzulardır. Azərbaycan ədəbiyyatının incilərinə, xüsusilə, “Kitabi-Dədə Qorqud” dastanına və Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinə çəkdiyi illüstrasiyalar isə rəssamın klassik milli irsə sevgisinin parlaq nümunələridir.
Gənc rəssamlar nəslinin yetişməsində əvəzsiz xidmətləri olan M.Abdullayev 2002-ci il avqustun 21-də 81 yaşında dünyasını dəyişib. (1921 – 2002)
***
1983-cü ilin 21 avqustunda sürgündən dönən Filipinin müxalifət lideri Benino Akino (Benigno Aquino) hava limanında təyyarədən enərkən öldürülüb.
***
100 metrdə dünya rekordlarını alt-üst edən atlet Usain Bolt 1986-cı ilin bu günü Yamaykada (Jamaika) dünyaya gəlib.
***
Şakir QURBANOV