TASS: “Crocus”a hücum insanların ən çox toplaşdığı vaxtda həyata keçirilib

Ötən il Moskvada yerləşən “Crocus City Hall” konsert zalına edilən terror hücumu insanların ən çox toplaşdığı vaxtda baş verib. Tezadlar.az xəbər verir ki, Rusiyanın TASS agentliyinin əldə etdiyi bu məlumatlar istintaq materiallarında əks olunub. Belə ki, terrorçular binaya yaxınlaşan kimi atəş açmağa başlayıblar. Onlar qadın və kişilər arasında fərq qoymadan insanları güllələyiblər. Hücum edənlərdən biri dərhal yeddi patron darağını boşaldıb. Materiallarda, həmçinin qeyd olunur ki, “…silahlılar binanın girişində konsert zalına keçmək istəyən insanlara atəş açıblar. İçəri daxil olduqdan sonra isə terrorçular təkcə silahdan deyil, həm də bıçaq və avtomatların qundağı ilə insanlara zərbələr endiriblər”.

Qeyd edək ki, ötən ilin martın 22-də baş verən terror aktı nəticəsində 149 nəfər ölüb. Terror hücumundan sonra dörd icraçı – Mühəmmədsobir Fayzov, Dalercon Mirzoyev, Səidəkrami Rəcəbəlizadə və Şəmsəddin Fariduni Rusiyanın Bryansk vilayətində saxlanılaraq Moskvaya gətiriliblər. İstintaqın versiyasına görə, onların hamısı İŞİD-in tərkibinə daxil olan “Vilayəti-Xorasan” qruplaşmasının üzvü olublar.

Xəbəri paylaş