12 Avqust 2025 / 14:02

Tatarıstan üzərində 9 PUA vurulub

Növbətçi hava hücumundan müdafiə sistemləri Tatarıstan səmasında Ukraynaya məxsus 9 pilotsuz təyyarəni vurub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Avqustun 12-də Moskva vaxtı ilə saat 09:20-dən 10:15-dək növbətçi hava hücumundan müdafiə sistemləri Tatarıstan Respublikası ərazisi üzərində Ukraynaya məxsus 9 təyyarə tipli pilotsuz uçan aparatı ələ keçirib və məhv edib”, – idarədən bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!