Tayland turunda altı uşaq atası müəmmalı xəstəliklə xəstəxanaya düşüb

Oxunma sayı: 125

 72 yaşlı 6 uşaq atası dostu ilə Tailand turnesinə çıxıb və müəmmalı xəstəliklə xəstəxanaya yerləşdirilib. 

Tezadlar.az bildirir ki, bu barədə “Daily Mail” xəbər verir. Məlumata görə, Devondan olan britaniyalı Raymond Uolles əvvəlcə Hindistanı gəzib, bundan sonra bir dostu Taylanda getməyi təklif edib. Fevralın 14-də o, nəfəs almaqda çətinlik çəkdiyindən şikayət edərək Hua Hin şəhərindəki xəstəxanaya gedib. Həkimlər Uollesə sakitləşdirici dərman verib və onu süni nəfəs aparatına qoşublar.

Həmin gün həkimlər xəstənin ailəsi ilə əlaqə saxlayıb və onun müalicəsi üçün pul tələb ediblər. Məlum olub ki, o, Taylanda gələnə qədər səyahət sığortasının müddəti artıq başa çatıb və bu, bütün xərclərin ailənin çiyninə düşdüyü anlamına gəlir. Ancaq uşaqları ən çox qorxudan atalarının naməlum xəstəliyi idi: həkimlər onun vəziyyəti ilə bağlı müxtəlif məlumatlar veriblər.

Belə ki, əvvəlcə pnevmoniyadan, daha sonra kəskin respirator distress sindromundan şübhələniblər və sonda hətta böyrəklərində problem olduğunu bildiriblər.

Uollesin xəstəxanada qalması üçün ailənin gündə 3 min funt sterlinq ödəməli olacağı məlum olub. Xəstənin vəziyyəti pisləşərsə, o, Banqkokdakı tibb müəssisəsinə köçürüləcək. Britaniyalının qızı və oğlu ona qovuşmaq üçün artıq Taylanda uçublar.

ELBAR

Xəbəri paylaş