Tayson da Məhəmməd Əlinin əziyyət çəkdiyi xəstəliyə mübtəla olub

Oxunma sayı: 117

Mayk Tayson barədə üzücü xəbər…

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson parkinson xəstəliyinə tutulub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə tanınmış yutuber Ceyk Pol məlumat verib.

Bloqer 59 yaşlı “Dəmir Mayk” ləqəbli boksçunun yaddaş itkisindən əziyyət çəkdiyini, ötən il noyabrın 16-da keçirdikləri döyüşdən öncə dərman qəbul etdiyini və uzun müddətdir müalicə aldığını iddia edib.

Qeyd edək ki, M.Taysonun kumiri, məşhur mərhum boksçu Məhəmməd Əli də eyni xəstəlikdən əziyyət çəkdiyi üçün karyerasını başa vurmuşdu.

 

Xəbəri paylaş