Əsas məzmuna keç

“TBİLİSİ- AVROPA ŞƏHƏRİ!” ŞÜARI PAYTAXT KÜÇƏLƏRİNİ BƏZƏYİR

“Tbilisi – Avropa şəhəri” şüarı ilə paytaxt Tbilisidə Yeni il günləri başlayacaq.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu gün saat 20:00-da ölkənin əsas Şam ağacı Şota Rustaveli prospektində işıqlandırılacaq. Tbilisi meri Kaxa Kaladze paytaxt sakinlərini yolkanın işıqlandırılması tədbirində iştirak etməyə çağırıb və qonaqların maraqlı və rəngarəng tamaşa ilə qarşılanacağını qeyd edib.

Xatırladırıq ki, Gürcüstan hakimiyyəti Rusiyanın siyasi rəhbərliyini əsəbləşdirən addım atıb. Belə ki, ölkə dünən Avropa İttifaqına üzvlüyünə namizəd statusunu qazanıb. Gürcüstanda hamı bu hadisəni bayram edir…

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…