Əsas məzmuna keç

TBİLİSİDƏ ETİRAZ AKSİYASI ZAMANI 63 NƏFƏR SAXLANILIB

Gürcüstanın paytaxtında hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə parlamenti yaxınlığında keçirilən etiraz aksiyası zamanı 63 nəfəri saxlayıb.

Tezadlar.az bildirir ki, bu barədə brifinqdə Gürcüstan Daxili İşlər Nazirliyinin müavini Aleksandr Daraxvelidze məlumat verib.

“Rustaveli prospektində keçirilən aksiyada Daxili İşlər Nazirliyinin əməkdaşları xırda xuliqanlıq və 166 və 173-cü maddələrlə polisin qanuni tələblərinə tabe olmadıqları üçün 63 nəfəri saxlayıblar”, – Daraxvelidze bildirib.

O, həmçinin qeyd edib ki, aksiyanın dağıdılması zamanı 6 polis əməkdaşı yaralanıb.

Daraxvelidze bildirib ki, etirazçılar aksiyanın keçirildiyi ərazidən kənarda qanunsuz hərəkətlər edib, aprelin 30-da plenar iclasın keçirildiyi parlament binasının çıxışlarını bağlamağa, polisə müxtəlif əşyalar atmağa və bənddə nəqliyyatın hərəkətinə mane olmağa cəhd ediblər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…