12 Fevral 2026 / 20:37

Tbilisi teleqülləsi İran bayrağı ilə rəngləndi- İSRAİLDƏN ETİRAZ GƏLDİ

Ötən gün İsrailin Gürcüstandakı səfirliyi Tbilisi teleqülləsinin İran dövlət bayrağının rəngləri ilə işıqlandırılmasına reaksiya verib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, diplomatik təmsilçiliyin bəyanatında deyilir: “İranın qatil, terroru dəstəkləyən rejimi öz şəhərlərinin küçələrində minlərlə insanı qətlə yetirdiyi, öz vətəndaşlarını sıxışdırdığı və həm bölgədə, həm də bütün dünyada terror fəaliyyətlərində aktiv iştirak etdiyi bir vaxtda, Tbilisidə Mtatsminda teleqülləsini İran bayrağının rəngləri ilə işıqlandıraraq, bu rejimlə birlikdə İranda İslam İnqilabının ildönümünü qeyd etmək qərarına gəliblər. Bu, Tbilisinin bölgəyə, dünyaya və uzun müddətdir azadlıq və demokratiya uğrunda mübarizə aparan İran vətəndaşlarına göndərdiyi hansı mesajdır?”.

Məlumat üçün bildirək ki, fevralın 11-i axşam saatlarında Tbilisi teleqülləsi İran İslam Respublikasının bayraq rəngləri ilə işıqlandırılıb. Həmin gün İran 1979-cu il İslam İnqilabının ildönümünü qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!