Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tbilisidə “Spar” mağazalar şəbəkəsində Dmanisi və Qaraçöpdən olan gənclərin döyülməsi faktı ilə bağlı yeni detallar məlum olub. Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, noyabrın 2-də gecə saatlarında Marina Giorgobiani supermarketin iki əməkdaşını — 2006-cı və 2004-cü il təvəllüdlü gəncləri təhqir edib. Məlumata görə, Marina Giorgobiani mağazaya gələrək işçilərdən müəyyən məbləğdə pulun xırdalanmasını istəyib. Lakin işçilər alış-veriş edilmədiyi təqdirdə pulu xırdalamaq səlahiyyətlərinin olmadığını bildiriblər. Bu zaman Marina Giorgobiani gəncləri təhqir etməyə başlayıb və bir neçə dəfə ona çıx “ölkənə get” kimi ifadələr səsləndirilib. Daha sonra o, tanışı — 1996-cı il təvəllüdlü bir şəxsi çağırıb. Tanışı bir neçə nəfərlə birlikdə gələrək mağaza işçilərini zorla çölə çıxarıb və həm kassada oturan Dmanisidən olan gənci, həm də onun yanında çalışan Qaraçöpdən olan köməkçisini qrup halında döyüblər.
Qeyd edək ki, polis hadisədə iştirak edən altı nəfəri müəyyən edib. Digərlərinin saxlanılması istiqamətində istintaq davam edir. Saxlanılan şəxsləri 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.