Ötən gün Tbilisidə Referendum gününə elan olunan genişmiqyaslı etiraz aksiyası baş tutub. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, müxtəlif şəhər və rayonlardan yürüş edən vətəndaşlar əvvəlcə parlament binası önünə toplaşıblar. Aksiyada müxalifət liderləri ilə yanaşı, QHT üzvləri, ictimai fəallar və sadə vətəndaşlar da iştirak edirlər. Parlament qarşısında Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili çıxışıb edib. O, hakim “Gürcü arzusu” partiyasını repressiv addımlar atmaqda ittiham edib və qeyd edib ki, “rejiminin hər gün sərtləşməsi yalnız onların siyasətinin uğursuzluğuna işarədir”. Zurabişvili bildirib ki, Avropayönlü siyasi spektrin iştirakı ilə Müqavimət platforması yaradılacaq. Onun sözlərinə görə, Müqavimət Platforması Gürcüstanın inkişafı və onun Avropa gələcəyinin qarşısını kəsən rejimin bütün cəhdləri ilə mübarizə aparacaq.
Xatırladaq ki, Salome Zurabişvili çıxışını bitirsə də, vətəndaşlar hələ də Rustaveli prospektində qalıblar. Vətəndaşların sözlərinə görə, onların dağılmaq niyyəti yoxdur. Bundan başqa, aksiya iştirakçılarının bir qismi parlamentin arxa girişinə keçib. Ərazi polis nəzarətinə götürülüb. Mitinqçilər Rusiya əleyhinə çağırışlar ediblər…
A.Məmmədli