Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.
Tezadlar.az xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 11.12.2025-ci il tarixində saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
“Pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, doğum şöbəsinə yerləşdirilib.
Aparılan əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.
11.12.2025-ci il tarixində pasiyent üzərində abdominal doğuş icra edilib. Çəkisi 2600 qram, boyu 47 sm olan qız uşağı dünyaya gəlib. Hazırda həm ana, həm də körpənin vəziyyəti kafidir” deyə, məlumatda qeyd edilib.