Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/3
…Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə TƏBİB -in idarə heyətinin sədri Vüqar Qurbanov vəzifəsindən azad edilərək yerinə A.İsrafilov təyin edildi… Yeni təyinat hamı kimi məndə də güman yaratdı ki , nəhayət, TƏBİB-dəki hərc-mərcliyə son qoyular… Lakin hörmətli A.İsrafilov yeni sədr təyinatını yalnız rəhbər şəxslərin işdən azad edilərək, yerlərinə özünə daha yaxın və “münasib” bildiyi adamların təyin edilməsi ilə başladı… Vətəndaşların normal tibbi müayinə və müalicə alması isə “arxa plana” keçirildi… Mən hələ N.Bəşirovanın Sabunçu Tibb Mərkəzinin direktoru oldugu zaman bu tibb müəsisəsindəki yeniliklərdən, xəstələrə qarşı tibbi personalın xüsusi qaygıları barədə məlumat vermişəm… Ən müasir, son mükəmməl tibbi avadanlıqlarla təmin olunmuş Sabunçu Tibb Mərkəzi hal-hazırda çox bərbad gündədir… Anti-sanitariya şəraitində müayinə və müalicə olunmağa gəlmiş xəstələr və yaxınları uzun-uzadı növbələrdə olarkən, heç olmasa oturmaga adi bir “skameyka” da tapmırlar… 30-50 metrlik koridorlarda cəmi 3 oturacaq var… Xəstəxananın dövlət vəsaiti ilə alınmış oturacaqları ya “zibillikdə”, ya da ki, kif basmış anbarlardadır…
Sabunçu Tibb Mərkəzinin göz oxşayan, səliqəli yaşıllığından da əsər-əlamət qalmayıb… Ancaq “ümummilli” dələduzluq halları artıb. Məsələn, xəstəxanada dünyasını dəyişmiş şəxslərin cənazələrinin rayonlara aparılması bir “biznes” şəbəkəsinə çevrilib… Vətəndaşların dediklərinə görə, bəzi həkimlər xəstə yaxınlarını yanlarına çagırıb xəstələrinin vəziyyətinin “agır” oldugunu bildirir və əlavə edirlər ki, onların yaxınları olan sürücülər “oksigen” balonu ilə təchiz olduğundan siz rayona xəstə aparmagınız üçün 600 manat ödəməlisiniz… Halbuki adi yoldan keçən sürücü həmin yolu (məsələn, Gəncə və sair) 300 manata gedirlər… Cənazə maşınları isə başqa bir dərd… Xəstə yaxını özlərinə sərf edən(qiymət baxımından) maşının içəri buraxılması üçün sürücülərin ödədiyi “töycüyə” görə əlavə pul ödəməlidir… Sürücüləri də qınamaq mümkün deyil… Bir parça çörək qazanmaq üçün Sabunçu xəstəxanasında mühafizə polisindən tutmuş, həkimlərə (bəzi), mühafizəçilərə, digərlərinə “hesab” vermək zorundadırlar… Nə isə, Allah dövlətimizi qorusun, acgöz məmurlara isə insaf versin!!!
Abuzər Cəfərli,
jurnalist