Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün TƏBİB-in sədri Vüqar Qurbanov Müşahidə Şurasının qərarı ilə vəzifəsindən azad olunub. Tezadlar.az-ın məlumatına görə, Vüqar Qurbanov qurumda aparılmış maliyyə yoxlamalarından sonra bu qərara tuş gəlib… İndi baxın, TƏBİB-in Müşahidə Şurasının sədri isə İcbari Sığorta Agentliyinin sədri Zaur Əliyev, üzvlər isə bunlardır: agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, səhiyyə nazirinin müavini İlqar Qasımov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev!
Bax belə… Vüqar Qurbanov indi düşünməyə vaxt tapacaq ki, ətrafında nə baş verib…