Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Madaqaskarda “Gezani” qasırğasının qurbanlarının sayı 59-a çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Madaqaskarın Risklərin və təbii fəlakətlərin idarə edilməsi üzrə Milli İdarəsi məlumat yayıb.
“Gezani” siklonu ölkənin 5 regionunda 25 rayonu əhatə edib. 59 nəfər həlak olub, 15 nəfər itkin düşüb, 804 nəfər xəsarət alıb. Zərərçəkənlərin ümumi sayı 423 min nəfəri keçib”, – məlumatda qeyd olunub.
Madaqaskar hökuməti “Gezani” qasırğasının yenidən yaxınlaşması ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan edib. Ölkənin cənub-qərb hissəsinin əhalisinə evlərini tərk etməmək tövsiyə edilib, gəmilərə isə limanlarda qalmaq göstərişi verilib.