3 Mart 2026 / 08:14

TƏCİLİ: Tramp əhaliyə Yaxın Şərqdəki 10-dan çox ölkəni dərhal tərk etməyə çağırdı!

Müharibə daha dəhşətli hala gəlməkdədir. ABŞ Dövlət Departamenti isə regiondakı gərginlik səbəbilə ABŞ vətəndaşlarına Yaxın Şərqdəki 10-dan çox ölkəni dərhal tərk etməyi tövsiyə edib. Tezadlar.az Haber- Türk- ə istinadla xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubionun konsulluq məsələləri üzrə köməkçisi Mora Namdar öz “X” hesabında məlumat verib. Sitat: “Dövlət katibi Marko Rubio və Dövlət Departamenti amerikalıları ciddi təhlükəsizlik riskləri səbəbilə mövcud olan istənilən kommersiya nəqliyyat vasitəsindən istifadə edərək aşağıdakı ölkələri dərhal tərk etməyə çağırır”. Siyahıya Bəhreyn, Misir, İran, İraq, İsrail, Qəzza zolağı, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən daxildir.

Belə çıxır ki, bu 10 ölkə raket hücumunun təsir dairəsindədir. Bəs həmin öllələrin əhalisi nə etsin?

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!