Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın kütləvi zərbələrə başlamasından əvvəl Rusiya aviasiyasının yerləşdiyi aerodromlara qabaqlayıcı zərbələr endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, əməliyyat nəticəsində strateji bombardmançıların yerləşdiyi Saratov vilayətindəki “Engels” aerodromuna, eləcə də aviatankerlərin və müşayiət edən qırıcıların havaya qalxdığı Ryazan vilayətindəki “Dyaqilevo” aerodromuna zərbələr endirilib.
Saratov vilayətində yanacaq-sürtkü yağları olan ən azı üç çənə zərbələr endirilib, zərbələrdən sonra obyektdə genişmiqyaslı yanğın baş verib. Fövqəladə yardım xidmətləri yanğını lokallaşdıra bilməyib, xeyli tüstülənmə müşahidə olunur: “Hədəflərin olduğu ərazidə onlarla partlayış qeydə alınıb. Dəymiş ziyanın nəticələri dəqiqləşdirilir”, – məlumatda deyilir.
Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisindəki bir sıra obyektlərə, eləcə də Ukraynanın Rusiya qoşunlarının nəzarətində olan ərazilərinə də zərbələr endirib. Zərbələr hərbi infrastruktura yönəlib və Ukrayna tərəfinin bəyanatlarına görə, hərbi əməliyyatlar bitənə qədər davam edəcək.