Əsas məzmuna keç

TEHRAN MERİ PREZİDENT SEÇKİLƏRİNDƏN GERİ ÇƏKİLDİ

Tehran meri Əlirza Zəkani mühafizəkarlar qanadından daha iki namizədin – parlamentin spikeri Məhəmməd Bağır Qalibafın və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderinin nümayəndəsi Səid Cəlilinin xeyrinə İran prezident seçkilərində namizədliyini geri götürüb.

“Mən seçki yarışının qanunla müəyyən edilmiş müddətinin sonuna çatmışam, lakin mərhum Prezident İbrahim Rəisinin kursunu davam etdirmək daha vacibdir. Mən Cəlili və Qalibafdan birləşərək inqilab qüvvələrinin haqlı tələblərini cavabsız qoymamağı və üçüncü Ruhani hökumətinin qurulmasına imkan verməməyi xahiş edirəm”, – Zəkani X-də  yazıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…